ONN İnformasiya Agentliyi

Misirdə prezident seçkiləri keçirilir

Misirdə prezident seçkiləri keçirilir
10 Dekabr 2023 - 12:32

Misirdə prezident seçkisində səsvermə başlayıb. Ölkənin bütün əyalətlərində seçki məntəqələri açılıb və üç gün – dekabrın 12-dək fəaliyyət göstərəcək.

Milli Seçki Komissiyasının məlumatına görə, Misirdə səsvermə üçün 10 085 seçki məntəqəsi təşkil olunub. Seçkidə səsvermə hüququ olan 67 milyona yaxın vətəndaş iştirak edə biləcək. Səsvermə prosesinə bütün səviyyələrdə 15 min müşahidəçi nəzarət edir. Onların əsas vəzifəsi ümumi səsvermənin üçüncü gününün sonunda, yəni dekabrın 12-də axşam başlayacaq səslərin hesablanmasına nəzarət etməkdir.

Misirin hazırkı dövlət başçısı Əbdülfəttah əs-Sisini nəzərə almasaq, üç siyasətçi prezidentliyə namizəddir. Onların heç biri nə gənclər, nə də əhalinin digər təbəqələri arasında real dəstək görmür. Bunlar solçu Fərid Zəhran, vəkil Abdel Sənad Yamama və Cümhuriyyət Xalq Partiyasının rəhbəri Hazem Ömərdir.

Qeyd edək ki, əs-Sisi 2014-cü ildə 96,91% səs topladığı seçki nəticəsində Misirə rəhbərlik edir. 2019-cu ilin aprelində ölkədə prezidentlik müddəti dörd ildən altı ilədək uzadılıb. Həmçinin, əs-Sisinin üçüncü müddətə yenidən seçilməsinə imkan verən “keçid maddəsi” də təqdim edilib. Bundan əlavə, dəyişikliklərə əsasən, dövlət başçısının səlahiyyətləri genişləndirilib. Prezident Ali Konstitusiya Məhkəməsi də daxil olmaqla, hakimləri və baş prokuroru təyin etmək imkanı əldə edib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png