Misirdə qətliam törədənlərin kimliyi dəqiqləşib- ƏLLƏRİNDƏ İŞİD BAYRAĞI OLUB

Misirdə məscidə hücum edərək kütləvi qırğın törədən terrorçuların əlində İŞİD-in bayraqları olub.

ONN media xəbər verir ki, bu barədə Misirin rəsmi xəbər agentliyi MENA məlumat yayıb.

Terrorçular 30 nəfər olub və məscidə 5 avtomobildə gəliblər. Onlar məscidin qapısı və pəncərələri ilə üzbəüz mövqe tutaraq gəlib-gedənlərə atəş açmağa başlayıblar. Bəzi terrorçular maska taxıblar, bəziləri isə uzun saç və saqqalları ilə diqqət çəkib. Yaşları 25-30 olduğu güman edilən terrorçular kamuflyaj rəngində şalvar və qara mayka geyiblər.

Xatırladaq ki, terror nəticəsində ölənlərin sayı 305-ə çatıb. Yaralıların sayı 128 nəfərdir.