ONN media

Moskva İrəvana buna görə təşəkkür etdi

Moskva İrəvana buna görə təşəkkür etdi
11 Sentyabr 2019 - 14:44

Moskva Ermənistanın II Dünya müharibəsinin tarixinin təhrif edilməsiylə mübarizə məsələsində prinsipial yanaşmasını və Polşadakı tədbirdə İrəvanın iştirak etməməsini yüksək qiymətləndirir.

ONN media xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri II Dünya müharibəsinin başlanmasının 80 illiyi ilə əlaqədar keçirilən dəyirmi masada çıxışı zamanı söyləyib.

“Bu sübut edir ki, Ermənistan və onun xalqı öz sələflərinin uğurlarını yüksək dəyərləndirirlər. Erməni dostlarımızın digər qardaş xalqlar kimi, bu addımı növbəti dəfə sübut edir ki, bu bizim ümumi qələbəmizdir və bizim xalqlar arasında parçalanma yaratmaq cəhdləri uğursuzluğa düçar olub”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Polşada II Dünya müharibəsinin başlanmasıyla bağlı tədbir keçirilib. Tədbirə Rusiya dəvət edilməyib, Ermənistan isə tədbirə qatılmaqdan imtina edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png