ONN İnformasiya Agentliyi

Moskva Putinlə Baydenin görüşünə hazırlaşır – XİN

Moskva Putinlə Baydenin görüşünə hazırlaşır – XİN
18 Mart 2021 - 21:45

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ rəhbəri Cozef Baydenin danışıqlarına hazırlıq görülür.

ONN media  xəbər verir ki, bu barədə TASS Rusiya Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.

“Artıq (hazırlığa-red) başlanılıb”, – deyə nazirlikdən agentliyə bildirilib.

Qeyd edək ki, artıq bir neçə gündür, ABŞ-Rusiya münasibətlərində gərginlik daha da artıb. Birləşmiş Ştatların prezidenti Rusiyanı ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilədə, habelə digər məsələlərdə ittiham edib. Bununla yanaşı, Ağ Evin mətbuat katibi bu gün Rusiyaya qarşı mıəhdudlaşdırıcı tədbirlərin görüləcəyi anonsunu verib. Rusiya isə ABŞ-dakı səfirini məsləhətləşmək üçün Moksvaya çağırıb.

Daha əvvəl Putin Baydenlə birbaşa danışıqlara hazır olduğunu bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png