ONN İnformasiya Agentliyi

Moskvada BİYABIRÇILIQ: Şaxta baba…

Moskvada BİYABIRÇILIQ: Şaxta baba…
03 Yanvar 2023 - 11:42

Moskvada Şaxta baba paltarında olan şəxs yoldan keçən şəxsi döyüb.

ONN media xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Bildirilib ki, Moskvanın Rojdestvenskaya küçəsində Şaxta baba paltarında olan bir nəfər yoldan keçən şəxsə yaxınlaşaraq, ondan şeir söyləməsini istəyib. Lakin kişi bundan imtina edib. Daha sonra Şaxta baba əsa və kürək sapı ilə qurbanı döyüb. Bundan sonra o, kişinin telefonunu götürərək qarın içərisinə atıb.

Zərərçəkən şəxs xəstəxanaya yerləşdirilib. Həkimlər ona çoxsaylı hematoma, beyin silkələnməsi və kəllə-beyin travması diaqnozu qoyublar.

Məsələ ilə bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png