ONN İnformasiya Agentliyi

Moskvadan İrəvana uçan təyyarədə insident: 8 yaralı

Moskvadan İrəvana uçan təyyarədə insident: 8 yaralı
19 İyul 2019 - 11:14

Moskvanın “Şeremetyevo” hava limanında “Şimal küləyi” aviaşirkətinin təyyarəsinin İrəvana uçuşu dayandırılıb.

ONN media xəbər verir ki, məlumatı Moskva vilayətinin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi yayıb. Uçuşun dayanmasına səbəb təyyarədə olan tüstüləmə olub. Nəticədə təyyarənin sərnişinləri evakuasiya ediliblər.

Evakuasiya zamanı 8 nəfər xəsarət alıb ki, onlardan da ikisi xəstəxanaya yerləşdirilib. Ümumilikdə təyyarədən 187 nəfər təxliyə edilib.

FHN təyyarənin pilot kabinəsində tüstülənmə barədə təyyarənin ekipajının siqnal verdiyini bildirib. Aparılan yoxlamalar zamanı isə təyyarədə yanğın və ya tüstüləmə işartıları FHN əməkdaşları tərəfindən aşkarlanmayıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png