ONN İnformasiya Agentliyi

Müəmmaya çevrilən Tamarın ÖLÜM SƏBƏBİ – RƏSMİ AÇIQLAMA

Müəmmaya çevrilən Tamarın ÖLÜM SƏBƏBİ – RƏSMİ AÇIQLAMA
18 Sentyabr 2020 - 19:35

Avtomobilində meyiti aşkarlanan 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin ölümünə medikamentoz intoksikasiya (dərman zəhərlənməsi) səbəb olub.

ONN media xəbər verir ki, bu barədə Prokurorluqdan bildirilib.Kimyəvi-toksikoloji ekspertiza ilə müəyyən edilib ki, gənc qız dərmanları inyeksiya halında deyil, ağız vasitəsilə qəbul edib.

Onun meyitində heç bir mexaniki zədə aşkarlanmayıb.

Qeyd edək ki, T.Baçaliaşvilinin meyiti ona məxsus “Hyundai” markalı avtomobildə iyulun 23-də Tetritskaro meşəsində tapılıb.

Qızın ailə üzvləri onun qəsdən qətlə yetirildiyini iddia edirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png