ONN İnformasiya Agentliyi

Muqabe aylıq 150 min dollar maaş alacaq

Muqabe aylıq 150 min dollar maaş alacaq
26 Noyabr 2017 - 14:10

Noyabrın 21-də istefa verən Zimbabve prezidenti Robert Muqabe ömrünün sonuna kimi dövlət başçısının əmək haqqını, eləcə də bir neçə milyon dollar mükafat alacaq.

ONN media CNN-ə istinadən xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

Hakim “Zanu-PF” partiyasından olan mənbə nəşrə bildirib ki, ümumilikdə, Muqabeyə büdcədən 10 milyon dollar ödəniləcək, həmçinin, prezidentin aylıq 150 min dollar maaşını əldə edəcək.

Qəzet yazır ki, 93 yaşlı sabiq prezidentin xanımı Muqabe Qreysə də müəyyən ödənişlər olacaq, lakin dəqiq məbləğ açıqlanmayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png