Murad Karayılan PKK terrorçularını bacarıqsızlıqda ittiham edib

Son bir ildə 212-si ölü olmaqla, ümumilikdə 2207 PKK terrorçusu zərrəsizləşdirilib. Bu terrorçulardan 62-sinin adı axtarılanlar siyahısında olub.Türkiyə Silahlı Qüvvələrinin bu sayda terrorçunu zərərsizləşdirməsi PKK liderlərindən olan Murad Karayılanı ciddi əsəbləşdirib.

ONN media “sabah”a istinadən xəbər verir ki, terrorçulara qarşı həyata keçirilən əməliyyatlardan danışan Karayılan PKK terrorçularını “saftrik” adlandırıb.

Terrorçuların zərərsizləşdirilməsi istiqamətində həyata keçirilən hərbi əməliyyatlar artıq PKK-nın çöküşündən xəbər verir. Terrorçuların bu çöküşü Qəndildəki liderlərindən olan Murad Karayılanı çox ciddi narahat etməyə başlayıb. Karayılan Qəndildə “Rojhat” kodu ilə rabitə vasitəsi ilə danışarkən terrorçuları ciddi qınayıb və onları “saftrik” adlandıraraq, onları bacarıqsızlıqda ittiham edib.

O qeyd edib ki, türk əsgəri yeni taktika və həmlələrlə zərbə endirdiyi vaxt bu axmaqların bacarıqsız yerdəyişmələri zamanı ciddi itkilərə məruz qalıblar.