Myanmada ölənlərin sayı 581 nәfәrә çatdı

Myanmada hərbi çevriliş və seçilmiş hökumət üzvlərinin həbs edilməsinə qarşı təşkil edilən etiraz aksiyalarında təhlükəsizlik qüvvələrinin silahlı müdaxiləsi nəticəsində həyatını itirənlərin sayı 581 nәfәrә yüksəlib.

ONN media  xəbər verir ki, Myanma Siyasi Məhbuslara Yardım Təşkilatı (AAPP) tərəfindən yayımlanan gündəlik hesabatda son 24 saat ərzində daha 11 nəfərin öldüyü bildirilib.

Hesabatda ümumi can itkisinin 581 nәfәrә yüksәldiyi, daha 2 min 750 nәfәrin dә saxlanıldığı qeyd olunub.

Digәr tәrәfdәn Myanma ordusu Kaçin әyalәtindәki kilsәlәrә basqın tәşkil edib.

Mәlumata görә, Myanma ordusu kilsәdәki sәxslәrә də hücum edib.

Xatırladaq ki, fevralın 1-də Myanma ordusu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini bildirәrәk ölkәdә fövqәladә vәziyyәt rejimi elan edib.

Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlayıb.