Nəhəng dövlətlər silahlarını Orta Şərqə nümayiş etdirdi

Küveytin paytaxtı Küveyt şəhərində “Gulf Defense & Aerospace-2017” adlı Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisi təşkil edilib.

ONNmedia xəbər verir ki, sərgidə ABŞ, Kanada, İngiltərə, Türkiyə, Rusiya, Almaniya, Fransa, BƏƏ kimi nəhəng iqtisadiyyatlı ölkələr iştirak edir.

12 dekabrdan etibarən ziyarətçilərə açıq elan edilən sərgi Orta Şərqdə işbirliyini artırmaq istəyən bir çox sənaye şirkəti üçün əhəmiyyətli bir fürsət yaradıb.