Nəsli tükənmiş virusu yenidən canlandırdılar

Kanadadakı Alberte universitetinin mütəxəssisləri 20-ci əsrdə 300-500 milyon insanın ölümünə səbəb olan çiçək xəstəliyi virusu ilə əlaqəli bir virusu laboratoriya şəraitində istehsal edib.

ONN media xəbər verir ki, İnsana zərərli olmayan bu virusun daha təsirli çiçək peyvəndi yaradılmasında yardımçı olacağı açıqlanarkən, bəzi alimlər bu kəşfi tənqid atəşinə tutublar.

Onlar yeni virusun terrorçu və ya pis niyyətli insanların əlinə keçməsi ilə yeni bir epidemiya fəlakətiylə qarşı-qarşıya qalacağını bildirib.