Naməlum şəxslər 100 dinc əhalini öldürüb

Naməlum şəxslər Əfqanıstanın Qəndahar vilayətinin Spin-Boldak rayonu Talibanın əlinə keçdikdən sonra  kütləvi surətdə dinc yerli insanı qətlə yetiriblər.

ONN media xəbər verir ki, terrorçular öz şeflərinin tapşırığı əsasında Pakistanın Pəncab əyalətindən keçərək Spin-Boldakda dinc sakinlərin evlərinə hücum edərək, talan edib və yüz nəfəri qətlə yetiriblər.

Əfqanıstan hökuməti bu işdə Talibanı günahlandırsa da, təşkilat dinc insanların ölümündə əlinin olmadığını bəyan edib.