Namaz vaxtı məscidi partlatdılar,50 NƏFƏR ÖLDÜ

Misirin Sinay yarmadasında məscidə hücum olub.

ONN media  xarici KİV-ə istinadən məlumat verir ki, terrorçular cümə namazı vaxtı partlayıcını işə salıblar. Nəticədə 50 nəfər ölüb.

Yaralıların da olduğu qeyd olunur. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.