Narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfər saxlanıldı

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

ONN media xəbər verir ki, DİN-in mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Cavid Qarayev və Həzrət Vahabov saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman 1,3 kiloqram narkotik vasitə olan marixuana və heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.