ONN media

NASA-dan qorxunc XƏBƏRDARLIQ

NASA-dan qorxunc XƏBƏRDARLIQ
14 Yanvar 2020 - 18:37

ABŞ Milli Kosmos və Aeronavtika İdarəsi (NASA) Avstraliya qitəsini cənginə alan meşə yanğınlarından yüksələn və Stratosfer qatına çatan dumanların Yer kürəsinin ətrafında fırlanacağını açıqlayıb.

ONN media xəbər verir ki, Sakit okeana doğru istiqamətlənən duman təbəqəsi 2020-ci ilin ilk günüdə Cənubi Amerikaya keçib və 8 yanvarda dünyanın ətrafındakı turunun yarısını tamamlayıb.

NASA mütəxəssisləri dumanın Yer kürəsini, ən az, 1 dəfə fırlanacağını proqnozlaşdırır.

Duman dünyanı necə dolanır?

NASA-ya görə, alovlar çox böyük olduğu üçün görünməmiş miqyasda boranlara səbəb olub. Boran da dumanın Stratosferə qədər çıxmasını təmin edib. Bəzi bölgələrdə duman 17,7 km yuxarı çıxıb.

Alimlər yanğının miqyası və şiddətində iqlim dəyişikliyinin əhəmiyyətli payı olduğunu vurğulayır.

Qeyd edək ki, Sidney, Melburn, Kanberra və Adelayda kimi böyük şəhərlərdə yanğınlardan sonra havanın çirkliliyi təhlükəli səviyyəyə çıxıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png