NATO da Ermənistana ÇAĞIRIŞ ETDİ

“NATO Ermənistanda müxalifətin Baş nazir Nikol Paşinyanın istefasını istəməsindən sonrakı prosesləri yaxından izləyir”.

ONN media  xəbər verir ki, bunu alyansın sözçüsü Oana Lunkesku deyib.

O, tərəfləri gərginliyi artıran açıqlama və davranışlardan çəkinməyə, ölkədə baş verən siyasi hadisələr fonunda tərəfləri demokratiyaya bağlı olmağa çağırıb.

“Siyasi müxtəlifliklər sülhpərvər yollarla və Ermənistan konstitusiyasına uyğun şəkildə, demokratiya yolu ilə həllini tapmalıdır”, – Lunkesku vurğulayıb.