NATO-nun təlimləri zamanı 5 hərbçi itkin düşdü

NATO-nun Litvada keçirilən hərbi təlimləri zamanı maraqlı hadisə baş verib.

ONN media xəbər verir ki, 5 hərbçiyə meşədə gizlənmək tapşırılıb. Lakin əsgərlər nəzərdə tutulan vaxtda qeyd olunan məntəqəyə gəlib çatmayıb. Onların tapılması üçün əraziyə helikopter, itlər və polislər cəlb edilib. Gizlənən hərbçilər isə başverənlərin təlimin bir hissəsi olduğunu güman edərək, gizlənməyə davam edib.

Hərbçilər iki gün sonra ortaya çıxıb.