ONN İnformasiya Agentliyi

NATO rəsmisi: “Türkiyənin öz təhlükəsizliyini qorumağa haqqı var”

NATO rəsmisi: “Türkiyənin öz təhlükəsizliyini qorumağa haqqı var”
24 Yanvar 2018 - 8:05

"Türkiyənin öz təhlükəsizliyini qorumağa haqqı var, lakin Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatı təhdidlərə cavab xarakteri daşımalıdır".

ONN media xəbər verir ki, bunu Türkiyədə ikigünlük işgüzar səfərdə olan NATO baş katibinin müavini Rouz Getemüller deyib.

"Türkiyə öz sərhədlərində terror təhlükəsi ilə ən çox üzləşən ölkədir və daim bununla mübarizə aparır".

R.Getemüller əlavə edib ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla daima əlaqə saxlayır və münasibətlərdən razıdır. (report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png