ONN İnformasiya Agentliyi

“NATO”dan Rusiyaya ittiham

“NATO”dan Rusiyaya ittiham
18 Sentyabr 2019 - 9:22

Rusiya Yaxın və orta mənzilli raketlərin ləğvi anlaşması (İNF) ilə qadağan edilən raketlərin təkmilləşdirilməsini davam etdirir.

ONN media xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.

“Problem ondan ibarətdir ki, bir neçə il əvvəl Rusiya Avropada nüvə potensialı olan orta mənzilli raketlər hazırlamağa və yerləşdirməyə başladı. Və bu raketlər mobildir, aşkar edilməsi çətindir. Qarşıdurma zamanı istənilən nüvə silahının istifadəsində xəbərdarlıq müddətini azaldır”, – deyə NATO rəhbəri bildirib.

Stoltenberq əlavə edib ki, ABŞ İNF anlaşmasından çıxdığı zaman bütün müttəfiqləri onu dəstəkləyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png