Nazarbayev ən böyük arzusundan danışdı

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Uzaq Şərqdə olmaq arzusunda olduğunu bildirib.
ONN media xəbər verir ki o, bu barədə Çelyabinskdə Rusiya-Qazaxıstan regionlararası əməkdaşlıq forumunda çıxış edərkən deyib.
O, hər iki ölkənin turizm potensialından danışıb.
N.Nazarbayev qeyd edib ki, Rusiyada qazaxıstanlı turistləri maraqlandıracaq çoxlu yerlər var:
“Rusiyada elə regionlar var ki, biz, qazaxıstanlılar hələ də tanımırıq. Mən Uzaq Şərqə, Kamçatkaya getməyi çox arzulayıram, amma heç cür alınmır”.