ONN İnformasiya Agentliyi

Nazarbayev xəstəxanaya yerləşdirildi

Nazarbayev xəstəxanaya yerləşdirildi
20 Yanvar 2023 - 9:31

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev xəstəxanaya yerləşdirilib.

ONN media xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Onun durumunun necə olduğu hələlik açıqlanmayıb.

Qazaxıstan KİV-in məlumatına görə, N.Nazarbayev əməliyyat oluna bilər. Qeyd edilib ki, onun mətbaut katibi Aidos Ukibay telefon zənglərinə cavab vermir.

Xatırladaq ki, N.Nazarbayev 1990-2019-cu illərdə Qazaxıstanın dövlət başçısı kimi fəaliyyət göstərib. O, eyni zamanda Qazaxıstan Təhlükəsizlik Şurasının sabiq rəhbəri və hakim Nur Otan partiyasının sabiq lideridir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png