ONN media

Nazarbayevin nəvəsi Londonda həbs cəzası aldı

Nazarbayevin nəvəsi Londonda həbs cəzası aldı
18 Oktyabr 2019 - 23:16

Londonda Sautvork kral məhkəməsi Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayevə azadlıqdan şərti məhrumetmə cəzası verib.

ONN media bildirir ki, buna səbəb eks-prezidentin nəvəsinin başqasının mülkünə qanunsuz daxil olması və polisə müqavimət göstərməsidir.

A.Nazarbayevə qarşı bu ittihamlar iyulda baş vermiş insidentə görə irəli sürülüb. Belə ki, Aysultan Kovent Qarden rayonunda mənzilin balkonundan tullanarkən onu yaxalamaq istəyən polisin əlini dişləyib. 29 yaşlı Nazarbayevə qarşı çıxarılan hökmdə, həmçinin, 18 aylıq sınaq müddəti və narkotik asılılığından müalicə olunmaq aktları da var. (qafqazinfo.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png