Nazirdən kritik açıqlama

Prezidentimizin dediyi kimi, pulla maska satışı qəti qadağandır. Pulsuz maska paylamaqda problem yoxdur.

ONN media xəbər verir ki, bu açıqlama ilə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca çıxış edib.

“Koronavirusla mübarizə kritik önəm daşıyır. Maska satanı bizə bildirin. Hətta apteklər də bura daxildir”, – Qoca qeyd edib.

Qeyd edək ki, Türkiyə lideri Ərdoğan tibbi maskanın pulsuz olması barədə göstəriş verib.