Niderland hökuməti istefaya getdi
Niderland hökuməti istefaya gedib.
ONN media xəbər verir ki, 4 partiyadan ibarət koalisiya hökumətinin istefasına səbəb vergi dairəsinin gəlirlərinin analiz sistemində hüquqa zidd davranmasıdır.
Ölkənin baş naziri Mark Rutte hökumətinin istefa səbəbini belə açıqlayıb: “Minlərlə ailəni maddi çöküşə sürükləyən uşaq baxımı yardımlarının pis idarə edilməsini ortaya çıxaran hesabatdan sonra istefa qərarı verildi. Kral Villem-Aleksandr qərardan xəbərdar edildikdən sonra mətbuat konfransı keçiriləcək”.