ONN İnformasiya Agentliyi

Nigeriyada törədilən terror aktı nəticəsində azı 15 nəfər ölüb

Nigeriyada törədilən terror aktı nəticəsində azı 15 nəfər ölüb
02 Dekabr 2017 - 18:39

Nigeriyada marketdə törədilən terror aktı nəticəsində azı 15 nəfər ölüb, 47 nəfər yaralanıb.
ONN media “Dailystar.co.uk” portalına istinadən xəbər verir ki, partlayış Nigeriyanın Biu şəhərinin şimalındakı marketlərdən birində baş verib.
Terror aktı zamanı market adamlarla dolu olub.
Yerli KİV partlayış üçün 3 gənc qızdan istifadə olunduğunu haqqında məlumat yayıb. Onlardan birinin üzərindəki partlayıcı qurğu işə düşməyib və polis onu həbs edib.
“Boko Haram” terror qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png