ONN İnformasiya Agentliyi

Nikol Paşinyan tərəfdarları ilə İrəvanda yürüş keçirir – SON DƏQİQƏ

Nikol Paşinyan tərəfdarları ilə İrəvanda yürüş keçirir – SON DƏQİQƏ
25 Fevral 2021 - 14:35

Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfdarları paytaxt İrəvanda yürüş keçirir.

ONN media xəbər verir ki, yürüşdə N. Paşinyan da iştirak edir.  

Paşinyan səsgücləndirici ilə çıxış edərək tərəfdarlarını və əhalini saat 16.00-da Respublika meydanına toplaşmağa çağırır.

O bildirib ki, polis meydanda keçiriləcək mitinqdə vətəndaşların təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png