ONN İnformasiya Agentliyi

“Nissan” 2 milyona yaxın avtomobili geri çağırdı – SƏBƏB?

“Nissan” 2 milyona yaxın avtomobili geri çağırdı – SƏBƏB?
05 İyun 2020 - 20:08

“Nissan” şirkəti ABŞ-da 1,9 milyon avtomobili geri çağırdığını elan edib.

ONN media xəbər verir ki, qərar avtomobillərin kapotunda qeydə alınan qüsurlarla bağlıdır.

Qeyd olunur ki, həmin qüsurla əlaqədar avtomobilin kapotu hərəkət zamanı öz-özünə açıla bilər.

Geri çağırılma 2013-2018-ci illərdə istehsal olunmuş “Altima” modellərinə şamil edilib.

Bundan əvvəl həmin avtomobillərdən bəziləri eyni problemə görə 3 dəfə geri çağırılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png