O niyə “Eurovision”a getmək istəmir?

İtaliyada “San-Remo” musiqili yarışmasında qalib olan Alessandro Mahmud “Eurovision”da iştirak hüququ əldə edib. 

ONN media  xəbər verir ki, o, müsabiqə şərtlərinə uyğun olaraq birbaşa beynəlxalq layihəyə getmə şansı qazanıb. 

Səsvermədə qalib olan Mahmud isə mətbuata açıqlamasında hər kəsi təəccübləndirib. O, “Eurovision”a gedib-getməyəcəyi barədə qəti fikrinin olmadığını, bu mövzuda qərarsız qaldığını qeyd edib.