ONN İnformasiya Agentliyi

Ölkədə TikTok-a QADAĞA QOYULDU

Ölkədə TikTok-a QADAĞA QOYULDU
10 Mart 2023 - 23:53

Belçika hökuməti təhlükəsizlik xidmətinin tövsiyəsindən sonra Tiktok tətbiqinin xidməti telefonlarda istifadəsinə müvəqqəti qadağa qoyub.

ONN media xəbər verir ki, bu barədə Belçika hökumətinin məlumatında deyilir.

“Milli Təhlükəsizlik Şurası martın 10-da federal hökumətin əməkdaşlarının xidməti telefonlarına Tiktok tətbiqinin quraşdırılmasına müvəqqəti qadağa qoyub”, – məlumatda deyilir.

Bildirilib ki, Belçika Dövlət Təhlükəsizliyi Xidməti və Kibertəhlükəsizlik Mərkəzi Tiktokun məxfiliyə müdaxilə riski daşıyan böyük miqdarda istifadəçi məlumatlarını topladığı barədə xəbərdarlıq edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png