ONN İnformasiya Agentliyi

“Ölkəm son 40 ilin ən cətin günlərini yaşayır” — Ruhani

“Ölkəm son 40 ilin ən cətin günlərini yaşayır” — Ruhani
12 Noyabr 2019 - 22:10
İran Prezidenti Həsən Ruhani hazırda ölkəsinin inqilabdan sonrakı ən çətin günlərini yaşadığını deyib.

ONN media xəbər verir ki, o, hazırda İranın normal şəraitə sahib olmadığını bildirib:

“İnqilabdan bu yana ən ağır günləri və ayları yaşayırıq. İndiyə qədər neft satışında və neft tankerinin hərəkətində bu qədər problemlə üzləşməmişdik. Çünkü 2011-2012-ci illərdə İrana qarşı sanksiyalar tətbiq edildikdə, neft satışı 1 milyona barelə endi. Ancaq nüvə razılaşmasını imzalandıqdan sonra yenidən 2 milyon 800 min barelə yüksəldi. İqtisadiyyat haqqında heç nə bilməyənlər deyirlər ki, nefti satmasaq da olar. Sonra yenidən satarıq. Bəs gəlin mədən və kənd təsərrüfatı fəaliyyətlərini də dayandıraq, necə olsa daha sonra yenidən başlayarıq. Bunu heç bir məntiq və ağıl qəbul etməz. Qapıları bağlamaq yox, açmağın hünər olduğunu hər kəs idrak etməlidir”.

Ruhani sözlərinə əlavə edib ki, təkcə zərurət duyulan idxal məhsulları üçün ildə 60 milyon dollar vəsait ayırmalıyıq:

“Toplanan vergilər isə ölkə ehtiyacının 30 faizini qarşılayır. Qalan 70 faiz üçün heç bir mənbə yoxdur”(ölkə.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png