ONN İnformasiya Agentliyi

Ölkəmizdə bu gün 1 nəfər koronadan öldü

Ölkəmizdə bu gün 1 nəfər koronadan öldü
11 Aprel 2023 - 16:50

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

ONN media xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 56 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 85 nəfər isə sağalıb. Son sutka ərzində 1 nəfər koronavirusdan ölüb.

İndiyədək ölkədə ümumilikdə 830 423 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 755 nəfər müalicə olunaraq sağalıb, hazırda 470 aktiv xəstə var. Bu günə qədər 10 198 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 463, bu günə qədər isə ümumilikdə 7 570 522 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 204 nəfər vaksinasiya olunub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 957 633 olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png