ONN İnformasiya Agentliyi

Ölkənin ən güclü meşəsi külə döndü

Ölkənin ən güclü meşəsi külə döndü
23 Avqust 2019 - 15:54

Təbrizin İran parlamentindəki millət vəkili Əkbər Ələmi təxminən bir həftədir Qaradağ meşələrində davam edən yanğına münasibət bildirib.

ONN media xəbər verir ki, o, ölkə prezidenti Həsən Ruhanidən baş verən yanğına diqqət yetirməsini tələb edib.

“İranın ən gözəl meşələrindən olan Qaradağ meşələri səlahiyyətli orqanların məsuliyyətsizliyi ucbatından yanaraq sıradan çıxmaqdadır. Bu yanğın bəs nə zaman söndürüləcək?! Babək Xürrəmdinin anım mərasimini dağıtmaq üçün istifadə etdiyiniz imkanları yanğını söndürməkdə də göstərin”, – o bildirib.

Əkbər Ələmi vurğulayıb ki, əhali Qızıl Aypara Cəmiyyəti, Meşə və Otlaq Təşkilatı, Ətraf Mühit Təşkilatı və digər aidiyyəti orqanların məsuliyyətsizliyini və yanğın yerinə helikopterin göndərilməməsini bağışlamayacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png