Onların Qazaxıstana hücumu təcavüz aktıdır

ONN media Almatı komendaturasının informasiya mərkəzinin məlumatına istinadən xəbər verir ki, iğtişaşların radikal tərəfdarları şəhərə külli miqdarda ziyan vurub, asayişi bərpa etmək və təhlükəsizliyi təmin etmək üçün hüquq-mühafizə orqanlarının qanuni hərəkətlərinə müqavimət göstəriblər.

“Almatıda toplaşan quldurların yüksək təşkilatçılığı xaricdə ciddi təlim keçməsindən xəbər verir. Onların Qazaxıstana hücumu təcavüz aktıdır, dövlətin bütövlüyünə xələl gətirmək cəhdidir” – məlumatda deyilir.

KTMT-nin komendantlıqda köməyi dövləti xarici təhlükələrdən qorumaq üçün zəruri tədbir adlandırılıb.

“Biz birlikdə bizim rifahımıza və gələcəyimizə təhlükə yaradan terrorizm və banditizm aktlarının qarşısını ala biləcəyik. Sakinləri sakit olmağa və konstitusiya quruluşunun bərqərar olması və ictimai təhlükəsizliyin bərqərar olunmasında hüquq-mühafizə orqanlarına köməklik göstərməyə çağırırıq” – müraciətdə deyilir.