Ordumuz Ağdərədə ermənilərə atəş açıb?-Şok İddia

Ordumuzun bu gün saat 11:30 radələrində Ağdərədə “nar bağında işləyən” ermənilərə atəş açması barədə erməni separatçı-terrorçuların yaydığı məlumat yalandır.

ONN media xəbər verir ki, hərbi mənbələrdən əldə etdiyi məlumata görə, bu, erməni separatçıların növbəti dezinformasiyasıdır.

Qeyd edək ki, Ermənistan vaxtaşırı olaraq guya ermənilərin Qarabağ ərazisində təhlükəsizliyinin təhdid edildiyi görüntüsünü yaratmaq üçün bu cür dezinformasiyalrdan istifadə edir.