ONN İnformasiya Agentliyi

Ovannisyan erməni hərbçilərə çağırış etdi: Kişi olun!

Ovannisyan erməni hərbçilərə çağırış etdi: Kişi olun!
17 Oktyabr 2020 - 13:06

Azərbaycan Ordusunun işğal edilmiş ərazilərdə anti-terror əməliyyatları davam edir.

ONN media  xəbər verir ki, erməni hərbçilər kütləvi sürətlə fərarilik edirlər.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan fərarilik edən hərbçiləri “kişi” olmağa çağırıb.

“Kişi olun, sona qədər döyüşün. Hətta tələbələr öz dəstələrini formalaşdırdılar və döyüşürlər. Onlar ölməyə hazırdır, bəs siz?”, – o deyib.

Ovannisyan erməni gənclərinə çağırış edib.

“İrəvanda maşınlara bayraq asaraq və vətənpərvərlik mahnıları oxuyaraq, qələbəni yaxınlaşdırmırsınız. Silah götürün və irəli gedin”, – isti kabinetində oturan Artsrun deyib.

Ermənistan hərbi rəhbəliyi əsgər və zabitlərin fərariliyinin qarşısını ala bilmir. Təkcə ötən gecə 5-ci dağ atıcılıq alayının 1-ci batalyonunun 300 hərbiçisi böyük miqdarda hərbi texnikanı, ölü və yaralıları qoyaraq qaçıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png