Özbəkistan Azərbaycana belə dəstək oldu

Qardaş Özbəkistanın Xarici İşlər Nazirliyi Azərbaycanın Londondakı səfirliyinə bir qrup radikal dindarlarının hücumunu pisləyən bəyanat yayıb.

ONN media xəbər verir ki, Özbəkistanın Xarici İşlər Nazirliyi Böyük Britaniyadakı səfirliyimizə hücumu və bayrağımızın “Mehdinin xidmətçiləri” tərəfindən təhqir edilməsini qətiyyətlə pisləyib.

Bəyanatda deyilir:

“Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi 2022-ci il avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə qarşı törədilmiş təxribat xarakterli hücumu qətiyyətlə pisləyir.

Biz diplomatik nümayəndəliklərin əməkdaşlarının həyatı və sağlamlığı üçün təhlükə yaradan hər hansı hərəkəti qətiyyən yolverilməz hesab edirik.

Biz bu hadisənin hərtərəfli araşdırılmasına və bütün əli olanların məsuliyyətə cəlb edilməsinə çağırırıq.

Özbəkistan tərəfi xaricdəki vətəndaşlarının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsində qardaş Azərbaycana dəstəyini ifadə edir”