ONN İnformasiya Agentliyi

Özbəkistanda aksiyalar başladı- SƏBƏB İSƏ…

Özbəkistanda aksiyalar başladı- SƏBƏB İSƏ…
01 İyul 2022 - 22:39

Özbəkistanın tərkibinə daxil olan Qaraqalpaqıstan Respublikasının paytaxtı Nukus şəhərinin sakinləri ölkə Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərə qarşı etiraz olaraq küçələrə çıxıb.

ONN media xəbər verir ki, referendum baş tutarsa, qaraqalpaqlar Özbəkistandan ayrılmaq hüququnu itirəcək.

Qaraqalpaqıstanın Suverenliyi Bəyannaməsi 1990-cı ildə qəbul edilib. 1993-cü ilin əvvəlində dövlətlərarası müqavilə imzalandı və ona əsasən Qaraqalpaqıstan Respublikası Özbəkistan Respublikasının tərkibinə daxil oldu. Muxtariyyət ərazisi ölkə ərazisinin üçdə birindən çoxunu təşkil edir, lakin burada iki milyondan az insan yaşayır. Qaraqalpaqstan faydalı qazıntılarla zəngindir.

Daha öncə bildirilmişdi ki, Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər əsasən Özbəkistan prezidentinin səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılması ilə bağlı olacaq

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png