Pəncə-3 əməliyyatından acı xəbər

İraqın şimalında Pəncə-3 hərəkatı çərçivəsində keçirilən əməliyyat zamanı Türkiyə ordusu itkilər verib.

ONN media xəbərr verir ki, bu barədə Türkiyə mİlli Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, terrorçularla baş verən atışma nəticəsində Türkiyə ordusunun 3 əsgəri şəhid olub, 7-si yaralanıb.

Qeyd edək ki, avqustun 24-də Türkiyə Silahlı Qüvvələri Pəncə-3 əməliyyatının başladığını bildirmişdi.