ONN İnformasiya Agentliyi

Pakistan Fransaya etiraz notası verdi

Pakistan Fransaya etiraz notası verdi
26 Oktyabr 2020 - 14:43

Fransanın İslamabaddakı səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb.

ONN media xəbər verir ki, bu barədə Pakistan XİN-in Mətbuat xidməti məlumat yayıb.

Nazirliyin sözçüsünün məlumatına görə, Pakistan söz azadlığı bəhanəsi ilə Fransanın apardığı İslamofobiya kampaniyasını qınadığını bildirib. Bununla yanaşı Prezident Emmanuel Makronun İslam əleyhinə açıqlamaları ilə əlaqədar Fransaya etiraz notası göndərildiyi qeyd olunub.

Pakistan Xarici İşlər Naziri Şah Mahmud Qureşi BMT-ni Parisin hərəkətlərini nəzərə almağa çağırıb.

“Makronun məsuliyyətsiz açıqlamaları radikalizmin və məzhəb davasının alovunu artırır.  Heç kimin milyonlarla müsəlmanın hissləri üzərində oynamaq hüququ yoxdur”, – deyə Qureşi qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png