Pakistan hind baş nazirə icazə vermədi

Pakistan Hindistan Baş naziri Narendra Modinin təyyarəsinə hava məkanında istifadə etməsinə icazə verməyib.

ONN media xəbər verir ki, bu barədə danışan Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qüreyşi Kəşmirdəki vəziyyətlə bağlı belə bir qərar verdiklərini bəyan edib.

Qeyd edək ki, bundan öncə də Hindistan Prezidentinin Pakistan hava məkanından istifadə etməsinə icazə verilməmişdi.