ONN İnformasiya Agentliyi

Pakistan İrana kəskin etiraz etdi

Pakistan İrana kəskin etiraz etdi
17 Yanvar 2024 - 8:05

Pakistanın Xarici İşlər Nazirliyi sərhəddəki insidentlə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildirib.

ONN media xəbər verir ki, bu barədə Pakistanın XİN-in bəyanatında bildirilib.

“Pakistanın qətiyyətli etirazı artıq Tehranda İranın Xarici İşlər Nazirliyinin müvafiq yüksəkvəzifəli rəsmisinin diqqətinə çatdırılıb. Bundan əlavə, İranın müvəqqəti işlər vəkili Pakistanın suverenliyinin açıq-aşkar pozulmasını qəti şəkildə pislədiyimizi və bunun nəticələrinə görə məsuliyyətin tamamilə İranın üzərinə düşəcəyini bildirmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, – bəyanatda bildirilib.

Qeyd edək ki, SEPAH Pakistan ərazisindəki “Ceyş ül-Ədl” qruplaşmasının iki qərargahına raket və PUA-larla zərbələr endirdiyini açıqlayıb.

Hücum nəticəsində iki azyaşlı həlak olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png