ONN İnformasiya Agentliyi

Pakistan ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

Pakistan ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi
18 Yanvar 2024 - 13:32

Pakistan ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

ONN media xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Qeyd edilib ki, bu qərar İranla münasibətlərin gərginləşməsi fonunda qəbul edilib.

Bildirilib ki, İran tərəfinin Pakistana qarşı istənilən avantürasına sərt cavab veriləcək.

Qeyd edək ki, 16 yanvarda SEPAH Pakistan ərazisində terrorçu saydığı “Ceyş ül-Ədl” qruplaşmasını raketlə vurub, nəticədə iki azyaşlı həlak olub. Pakistan bu zərbəyə kəskin reaksiya verib, İran səfirini geri çağırıb, həmçinin Tehrana bütün rəsmi səfərləri təxirə salıb.

Bu gün isə Pakistan İranın Sistan və Bəlucistan ərazisində terrorçu yuvalarına cavab zərbəsi endirib. İranın məlumatına görə, İran vətəndaşı olmayan 7 nəfər ölüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png