ONN İnformasiya Agentliyi

Pakistanda dəhşətli qəza – Onlarla yaralı var

Pakistanda dəhşətli qəza – Onlarla yaralı var
07 Mart 2021 - 16:41

Pakistanda sərnişin qatarının relsdən çıxması nəticəsində baş verən qəzada bir nəfər həyatını itirib, azı 40 nəfər yaralanıb.

ONN media xəbər verir ki, hadisə ölkənin Sind əyalətinin Sukkur şəhərindən Lahora gedən qatarda baş verib.

Qatarın 18 vaqonundan 9-nun relsdən çıxdığı qəzada həyatını itirən bir nəfər qadın olub. Axtarış-xilasetmə qrupları hadisə yerində fəaliyyətlərini davam etdirirlər, polis qəza ilə əlaqədar istintaq başladıb.

Yaralanan iki nəfərin vəziyyətinin kritik olduğu və xəstəxanaya köçürüldüyü, digər yaralıların isə ambulator müalicə olunduğu açıqlanıb.

Pakistan Federal Dəmir Yolları naziri Məhəmməd Azam Xan Svati qəzanın səbəbini araşdırmaq üçün iki vəzifəli şəxsin təyin olunduğunu qeyd edib və mexanikin günahkar olduğu təqdirdə lazımi tədbirlərin görüləcəyini bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png