ONN İnformasiya Agentliyi

Pakistanda terror: 4 hərbçi həlak oldu

Pakistanda terror: 4 hərbçi həlak oldu
26 Sentyabr 2021 - 13:08

Pakistanın Bəlucistan əyalətinin Xosat bölgəsində sərhəd korpusuna məxsus avtomobilin partladılması nəticəsində təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı həlak olub, 2 nəfər xəsarət alıb.

ONN media  xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, hadisə sərhəd korpusu hərbi qulluqçularının Harnay əyalətində patrul xidməti zamanı baş verib. Onların olduğu avtomobil əldəqayırma partlayıcı qurğunun üzərindən keçərkən partlayış baş verib.

Əraziyə güc strukturlarının əməkdaşları cəlb edilib və yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəyə görə məsuliyyəti “Bəlucistanın Azadlıq Ordusu” terror təşkilatı üzərinə götürüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png