ONN İnformasiya Agentliyi

Pakistandan İrana bununla bağlı çağırış

Pakistandan İrana bununla bağlı çağırış
28 Yanvar 2024 - 11:22

İslamabadın Tehrandakı səfiri Məhəmməd Müdəssir Tibu Sistan və Bəlucistan əyalətinin Sirkan şəhərində 9 Pakistan vətəndaşının öldürülməsini pisləyib.

ONN media xəbər verir ki, səfir bu barədə özünün X hesabında paylaşım edib.

O, hadisənin qorxunc olduğunu və bundan şoka düşdüyünü yazıb.

Səfir öldürülən pakistanlıların ailələrinə dəstək veriləcəyini deyib və İran hökumətini hadisənin dəqiq araşdırılması üçün İslamabadla əməkdaşlıq etməyə çağırıb.

Qeyd edək ki, Sistan və Bəlucistan əyalətinin Sirkan şəhərində naməlum şəxslərin sakinlərə açdıqları atəş nəticəsində 9 nəfər öldürülmüşdü

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png