ONN İnformasiya Agentliyi

Pakistandan ŞOK AÇIQLAMA: İran bizim üçün dost ölkədir

Pakistandan ŞOK AÇIQLAMA: İran bizim üçün dost ölkədir
19 Yanvar 2024 - 16:22

Pakistan İranı özünün dostu hesab edir və münaqişənin daha da gərginləşməsini istəməz.

ONN media xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin rəsmisi Mümtaz Zəhra Bəluc deyib.

Bəluc bildirib ki, İrandan alınan siqnallara əsasən, rəsmi Tehran da oxşar mövqedən çıxış edir.

Qeyd edək ki, 16 yanvarda SEPAH Pakistan ərazisində terrorçu saydığı “Ceyş ül-Ədl” qruplaşmasını raketlə vurub, nəticədə iki azyaşlı həlak olub. Pakistan bu zərbəyə kəskin reaksiya verib, İran səfirini geri çağırıb, həmçinin Tehrana bütün rəsmi səfərləri təxirə salıb.

18 yanvarda isə Pakistan İranın Sistan və Bəlucistan ərazisində terrorçu yuvalarına cavab zərbəsi endirib. İran mediasının son məlumatına görə, İran vətəndaşı olmayan 12 nəfər ölüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png