Papa jurnalistləri günahdan çəkinməyə çağırıb

ONN media xəbər verir ki, Roma Papası qeyri-aktual mövzuları yenidən işıqlandırmağa çalışan jurnalistləri tənqid edib. O, xüsusilə qeyd edib ki, bu, çox ağır günahdır.

Papa həmçinin media mənsublarını oxuculara və izləyicilərə dezinformasiya, yaxud kiminsə barəsində böhtan xarakterli məlumatı yaymamağa çağırıb.