ONN İnformasiya Agentliyi

Parisdə ETİRAZ AKSİYASI: “Makron varlıların prezidentidir” – FOTO

Parisdə ETİRAZ AKSİYASI: “Makron varlıların prezidentidir” – FOTO
17 Noyabr 2017 - 10:38
Fransanın paytaxtı Parisdə prezident Emmanuel Makronun yeni işçi qanununa qarşı etiraz aksiyası keçirilib.
ONN media xəbər verir ki, aksiyada fabrik işçiləri ilə yanaşı, şagirdlər və tələbələr, həmçinin, təqaüdçülər də iştirak edib.
Parisin “Respublika” meydanında başlayan yürüşə rəsmi qaynaqlara görə 8000, işçilərin verdiyi məlumata görə isə 40 000 vətəndaş qatılıb.
Aksiyada “Makron xalq düşməni”, “Fransa prezidenti varlıların prezidentidir”, “Əmək islahatları aclıq, düyü və makaron deməkdir” kimi şüarlar səsləndirilib.
Vətəndaşlar iəmək islahatları ilə yanaşı, səhiyyə sahəsindəki islahatlar da protesto edib.
Ölkənin ən böyük fabrik şəbəkələrindən olan “CGT”-dən verilən açıqlamada E.Makronun vətəndaşlara qarşı sərt addımları təndiq edilib:
“Makron prezident seçildikdən etibarən obnun bütün ultra liberal islahatlarını izləyirik. Bu islahatlar əhaliyə inkişaf fürsəti verən, həyat və iş keyfiyyətini qaldıran və ömrümüzü uzatmağa yardım edən bütün sosial uğurlarımızı dağıdır”.
Getdikcə böyüyən aksiyada vətəndaşlarla polsi arasında gərginlik yaşanıb. Aksiya iştirakçıları iki bankın qapı və pəncərələrini qırıblar.
Qeyd edək ki, hökumətin təqdim etdiyi islahatlar parlamentdə səsvermədən keçmədən qanuniləşdirilmişdi. E.Makron isə nazirlət kabinetinin iclasında əmək islahatlarına dair qanunu imzalamışdı.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png