Parisdə güclü yanğın baş verdi

Şənbə gecəsi Paris ətrafındakı Bobini kommunasında güclü yanğın baş verib.

ONN media xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, yanğın anbarları bürüyüb və əraziyə 200 yanğınsöndürən cəlb edilib.

Yanğının bir neçə saat sonra lokallaşdırıldığı bildirilir.